Sosial
06.01.2020 / 15:00

"Bu il elektrik enerjisi kəsintilərinin həcmi xeyli azalıb"- Tanrıverdi Mustafayev

"Bu il elektrik enerjisi kəsintilərinin həcmi xeyli azalıb"-
31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik və Yeni il bayramları günlərində istehlakçıların elektrik enerjisinə olan tələbatı adi günlərdən fərqlənməyib.

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin İnform.az-a verdiyi məlumata görə, ötən illərə nisbətən bu il elektrik enerjisi kəsintilərinin də həcmi xeyli azalıb:

“İstehlakçıların elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb. Bayram günləri 199 saylı çağrı mərkəzinə edilən müraciətlərin sayı da kəskin azalıb. Son 1 həftədə ümumilikdə 1277 müraciət daxil olub ki, onların da əksəriyyəti məlumat xarakterli olub”-deyə T.Mustafayev bildirib.

Qeyd edək ki, “Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.


İnform.az

Baxış sayı: 870