Mənim polisim, Hüquq
06.01.2020 / 12:00

Oğru “isti izlər”lə saxlanıldı

Oğru  “isti izlər”lə saxlanıldı
Yanvarın 5-i axşam saatlarında Zaqatala rayonu Dardoqqaz kənd sakini bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 550 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar Zaqatala RPŞ əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxsin Bakı şəhər sakini 24 yaşlı Sənan Bayramov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Oğurladığı pullar maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı araşdırma aparılır.


İnform.az



Baxış sayı: 791