Maqazin
06.12.2019 / 14:00

"Yeddi dəfə estetik əməliyyat etdirmişəm"- Murad Dalkılıç

"Yeddi dəfə estetik əməliyyat etdirmişəm"-
Türkiyənin məşhur müğənnisi Murad Dalkılıç yeddi dəfə estetik əməliyyat etdirdiyini etiraf edib.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, “İbrahim Səlimlə bu gecə” proqramına qonaq olan müğənni ilk əməliyyatını orta məktəbdə oxuduğu zaman etdiyini bildirib:

“Yeddi dəfə burnumdan estetik əməliyyat keçirmişəm. Uşaqlıqdan bəri xəstəliyim var. Burun sümüklərim çölə çıxırdı. Səhvən həkim əməliyyat zamanı sümükləri götürmək istəyərkən qığırdağı da kəsib götürüb.

Ondan sonra ora-buramdan nələrsə alınıb burnuma əlavə olundu. Həmin vaxt həyatımın ən çətin günlərini yaşadım. Ona görə də bundan sonra nə olursa, olsun burnumu estetik əməliyyat etdirməyəcəm. Çünki yorulmuşam”.


İnform.az

Baxış sayı: 1078