Baş xəbər, Sosial
06.12.2019 / 13:00

Sabah hava necə olacaq?- PROQNOZ

Sabah  hava necə olacaq?-Dekabrın 7-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnform.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın7-dəhavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq,cənub-şərq küləyiəsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə3-5, gündüz10-13,Bakıda gecə 3-5, gündüz 10-12dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 773 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında,dekabrın 7-də havanın əsasən yağmursuz keçəcəyi, lakin Lənkəran-Astara zonasında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Dekabrın 7-8-də Abşeron yarımadasında meteorolojiamillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.



İnform.az


Baxış sayı: 970