Sosial
06.12.2019 / 12:15

“Nəqliyyat Agentləri” könüllüləri “Azərbaycan Könüllülük Həftəsi”-ndə/ FOTO

“Nəqliyyat Agentləri” könüllüləri “Azərbaycan Könüllülük Həftəsi”-ndə/
Dekabrın 5-də “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib.

Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. Forum çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi də təşkil olunub.

Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Agentləri” könüllüləri proqramda fəal iştirak ediblər. Əvvəlcə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edən “Nəqliyyat Agentləri” könüllüləri, daha sonra forum çərçivəsində təşkil olunan sərgidə iştirak edərək Bakı Nəqliyyat Agentliyini təmsil ediblər. Agentliyin təşkil etdiyi könüllülük fəaliyyəti ilə bağlı stendə yaxınlaşan gənclər məlumatlandırılıb, onlara maarifləndirici materiallar və hədiyyələr təqdim edilib. Daha sonra könüllülərimiz forumda iştirak ediblər. İl ərzində fəallıq nümayiş etdirən könüllülərin mükafatlandırılması mərasimində Bakı Nəqliyyat Agentliyinin könüllüsü də diplom və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

BNA-nın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Forum könüllülər təşkilatları və hərəkatlarının təmsilçilərinin “TEDx” formatında çıxışları və beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə edən istedadlı gənclərin təqdimatında musiqi nömrələri ilə davam etdirilib. Sonda rəsmi qonaqlar və könüllü təşkilatlarının təmsilçiləri birgə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, "Nəqliyyat Agentləri" könüllülük proqramına 60 könüllü qatılıb və proqramı uğurla bitirən 35 nəfər könüllü Bakı Nəqliyyat Agentliyi tərəfindən sertifikatla təltif edilib. Proqramı müvəffəqiyyətlə bitirən könüllülərdən 7 nəfər Bakı Nəqliyyat Agentliyində işlə təmin edilib.

Həmçinin, yeni istifadəyə verilən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində "Nəqliyyat Agentləri" könüllülərindən 24 nəfəri sərnişinlərə pik saatlarda növbəli rejimdə xidmət göstərir.

Məhz Azərbaycan Prezidentinin bu sahəyə yüksək diqqət və qayğısı və fəal dəstəyi könüllülüyün bugünkü yüksək inkişaf səviyyəsinə çatmasını təmin etməklə yanaşı, gənclər üçün yeni fürsətlər yaradıb.

Könüllülərin səyi nəticəsində hər gün minlərlə insan maarifləndirilir və onlara könüllü xidmət göstərilir.
“Nəqliyyat Agentləri” könüllüləri “Azərbaycan Könüllülük Həftəsi”-ndə/

“Nəqliyyat Agentləri” könüllüləri “Azərbaycan Könüllülük Həftəsi”-ndə/

“Nəqliyyat Agentləri” könüllüləri “Azərbaycan Könüllülük Həftəsi”-ndə/



İnform.az

Baxış sayı: 1398