Hüquq
04.12.2019 / 12:10

4 kq 618 qr “marixuana” narkotik vasitə aşkar olunaraq götürülüb/ FOTO

4 kq 618 qr “marixuana” narkotik vasitə aşkar olunaraq götürülüb/
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir.

DSX-nin Mətbuat mərkəzindən İnform.az-a verilən məlumata görə, cari ilin 29 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Qaravuldaş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən bir nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilİB.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusuna qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılmış, lakin sərhəd pozucusu əlindəki bağlamanı əraziyə ataraq havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıb.

Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 1 ədəd qara rəngli torba içərisində ümumi çəkisi 4 kq 618 qr “marixuana” narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
4 kq 618 qr “marixuana” narkotik vasitə aşkar olunaraq götürülüb/

4 kq 618 qr “marixuana” narkotik vasitə aşkar olunaraq götürülüb/



İnform.az

Baxış sayı: 1235